logo
logo logo
logo

“Liverpul” Alissonla bağlı qərar verdi

13:00 - 13 Sentyabr 2026

“Liverpul” Alissonla bağlı qərar verdi

Braziliyalı qapıçı Alisson Bekker mövsümün sonunda "Liverpul"dan ayrılacaq.


Manset.az oxu.az-a istinadən xəbər verir ki, müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq 33 yaşlı qolkiperlə yeni sözləşmənin imzalanması planlaşdırılmır.

Alissonun gələn yay "Liverpul"u azad agent kimi tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, braziliyalı qapıçı 2018-ci ildən "Liverpul"un formasını geyinir. Alisson cari mövsümdə bütün turnirlərdə dörd oyunda meydana çıxıb, beş qol buraxıb və bir matçda qapısını toxunulmaz saxlayıb.

"Liverpul" isə İngiltərə Premyer Liqasında üç turdan sonra beş xalla altıncı pillədə qərarlaşıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az