logo
logo logo
logo

Nar şirəsinin orqanizmə inanılmaz faydaları

08:00 - 13 Sentyabr 2026

Nar şirəsinin orqanizmə inanılmaz faydaları

Nar şirəsi ürək-damar sisteminin fəaliyyətini dəstəkləmək qabiliyyətinə malik zəngin bioloji aktiv maddələr mənbəyidir.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, şirənin tərkibində A, B, C, E, K və PP qrupu vitaminləri, eləcə də kalium, maqnezium, mis və dəmir daxil olmaqla 30-dan çox qida maddəsi var.

Burada əsas rolu flavonoidlər, fenol turşuları və ellaqotanninlər oynayır. Məlumata görə, bir porsiya içki (200–250 millilitr) orqanizmin flavonoidlərə olan gündəlik tələbatının 10 faizini, kaliuma olan tələbatının isə 15 faizini ödəyir.

İçki təkcə ürəyin fəaliyyətinə müsbət təsir göstərmir, həm də təzyiqi aşağı salır, "pis" xolesterinin səviyyəsini azaldır, immun sistemini gücləndirir və iltihab əleyhinə təsir göstərir.

Bununla belə, mütəxəssislər mədə-bağırsaq xəstəlikləri olan şəxslərə bu şirəni ehtiyatla içməyi tövsiyə edirlər. Həmçinin nar şirəsini bir yaşınadək uşaqlara vermək qadağandır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az