“Qalatasaray”ın müqaviləsini yeniləmədiyi Mauro İkardinin karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.
Manset.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray”ın müqaviləsini yeniləmədiyi və yollarını ayırdığı argentinalı ulduz futbolçu Mauro İkardi “Latsio”ya keçməyə çox yaxındır.
Məlumata görə, “Latsio” rəhbərliyi Mauro İkardinin meneceri ilə yenidən əlaqə saxlayıb. İkardinin “Latsio” variantına əvvəlkindən daha müsbət yanaşdığı bildirilir.
“Latsio” rəhbərliyi ilə Mauro İkardinin baş məşqçi Cennaro Qattuzo ilə keçirəcəyi son görüşlərdən sonra yekun qərar veriləcək.
“Latsio” rəhbərliyi isə münasib şərtlər təmin olunacağı təqdirdə Mauro İkardini heyətinə qatmaq istəyir.
Mauro İkardi karyerasının ən parlaq dövrünü yaşadığı İtaliyaya 6 ildən sonra qayıtmış olacaq. “İnter”də İtaliya çempionatının bombardiri olan argentinalı ulduz futbolçu 50 milyon avro qarşılığında “İnter”dən PSJ-yə transfer olunmuşdu.