logo
logo logo
logo

"Türkiyə ilə münasibətlərimiz istənilən səviyyədədir" - İran

15:17 - 14 Sentyabr 2026

\"Türkiyə ilə münasibətlərimiz istənilən səviyyədədir\" - İran

İran Türkiyə ilə münasibətlərinin istənilən səviyyədə olduğunu açıqlayıb. Tehran iki ölkə arasında bütün sahələrdə xüsusi əlaqələrin mövcud olduğunu bildirərək, qonşu dövlətlərlə münasibətlərdə problemlər yaşandığı barədə iddialara etiraz edib.


Manset.az xarici mediaaİran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Bəqayi ABŞ-nin “iqtisadi müharibə”nin təsirini artırmaq məqsədilə ticarət tərəfdaşlarına İrana qarşı addımlar atması üçün təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton bu təzyiqin təsirini artırmaq üçün mediadan da istifadə edir.

“İranın qonşuları, xüsusilə də Türkiyə ilə münasibətləri istənilən səviyyədədir. İran və Türkiyə arasındakı əlaqələr bütün sahələrdə xüsusidir. Bir çox məsələdə, xüsusilə İsrail rejiminin bölgədə hökmranlıq yaratmaq cəhdləri ilə bağlı ortaq narahatlıqlarımız və baxışlarımız var. Diplomatiya mexanizmi ABŞ-nin məqsədlərinə çatmasının qarşısını almaq üçün səylər göstərir”, – deyə Bəqayi bildirib.

İran XİN sözçüsü mediada yayılan mənfi xəbərlərin regional münasibətlərdə, xüsusilə İranın qonşu dövlətlərlə əlaqələrində gərginlik yaratmağa hesablandığını vurğulayıb.

“İranın qonşuları, xüsusilə də Türkiyə ilə münasibətləri istənilən səviyyədədir”, – deyə Bəqayi bir daha qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az