Birləşmiş Millətlər Təşkilatı Konqo Demokratik Respublikasındakı (KDR) Ebola epidemiyasının təhlükəli və genişmiqyaslı xarakterini qoruduğunu bildirərək, bir çox başqa humanitar böhranların da yaşandığı bu ölkə üçün beynəlxalq həmrəylik çağırışı edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Cenevrə bölməsinin həftəlik mətbuat konfransında çıxış edən rəsmi nümayəndə Harni KDR-dəki mövcud vəziyyəti qiymətləndirib:
"KDR-də Ebola ölümcül və böyük bir epidemiya olaraq qalmaqdadır. Bəzi istiqamətlərdə irəliləyiş əldə olunsa da, yoluxma hallarının sayında artım müşahidə etməyə davam edirik".
Harni kompleks cavab tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, xəstəliyin yayılma prosesləri və analoji məsələlərlə bağlı daha çox iş görülməsinin, habelə daha böyük beynəlxalq dəstəyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.
Səhiyyə böhranının çox geniş bir coğrafiyanı əhatə etdiyini diqqətə çatdıran BMT rəsmisi Ebola hallarının qeydə alındığı ərazilərin bir ucundan digər ucuna təyyarə ilə uçuşun 2,5 saat çəkdiyini qeyd edib.