logo
logo logo
logo

“Qızım “Referans”ın həkimlərinin qurbanı oldu” - Fidanın atasından ağır ittihamlar 

13:15 - 26 Sentyabr 2026

“Qızım “Referans”ın həkimlərinin qurbanı oldu” - Fidanın atasından ağır ittihamlar 

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi, 19 yaşlı Fidan Abbaslının ölümü ilə bağlı atası Kamil Abbasov ağır ittihamlarla çıxış edib.


Manset.az Bakupost-a istinadən xəbər verir ki, Kamil Abbasov “Referans” Endokrin və Cərrahi Mərkəzinin həkimləri Amil Əliyev və Vidadi Kəbirlinin fotolarını yayımlayaraq onları qızının ölümündə günahlandırıb.

O, 19 yaşlı Fidanın “həkimlərin səhlənkarlığının qurbanına çevrildiyini” bildirib və məlumatın maksimum şəkildə yayılmasını istəyib.

Məlumata görə, Fidan Abbaslı bir müddət əvvəl rinoplastika əməliyyatı keçirib. İddialara əsasən, əməliyyat zamanı onun vəziyyəti qəfil ağırlaşıb və gənc qız şok vəziyyətinə düşüb. Həmçinin həmin anda klinikada zəruri şokəleyhinə preparatın olmadığı iddia edilir.

Qeyd edək ki, Fidan Abbaslı sentyabrın 21-də vəfat edib. O, UFAZ-ın kompüter elmləri ixtisası üzrə III kurs tələbəsi olub.

Fidan Dəyanət Liseyinin məzunu idi. Atası Kamil Abbasovun da həmin liseydə kimya-biologiya müəllimidir.
Hazırda faktla bağlı araşdırma aparılır.

"Bakupost" “Referans” Endokrin və Cərrahi Mərkəzinin və adı çəkilən həkimlərin mövqeyini dərc etməyə hazırdır.


BakuPost


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az