logo
logo logo
logo

Nizami rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

11:14 - 05 Oktyabr 2026

Nizami rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə möhtəşəm tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar və onların valideynləri iştirak ediblər.

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsində çalışanları təbrik edib, onlara can sağlığı və şərəfli işlərində uğurlar diləyib.

Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsində də şərəflə çalışan insаnlаrın əməyini həmişə yüksək qiymətləndirmiş, оnlаrа böyük hörmət və еhtirаmını bildirmiş, cəmiyyətimizin tərəqqisinə işıq saçan bu fədakar peşə sahiblərinə yüksək diqqət və qayğı göstərmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə qəbul edilən dövlət proqramları və tikilən müasir məktəblər təhsilin keyfiyyətini artırılmasına; müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi isə onların sosial rifahının yaxşılaşdırılmasına və cəmiyyətdəki nüfuzunun yüksəldilməsinə xidmət edir.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsində həyata keçirdiyi misilsiz layihələr, rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər bu gün Azərbaycan təhsilinin davamlı inkişafına böyük töhfələr verir.

Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov tədbirdə çıxış edərək təhsil işçilərini təbrik edib, gənc nəslin intellektual, mənəvi və fiziki inkişafında müəllimlərin müstəsna rolundan söhbət açıblar.

Tədbirdə həmçinin 70 saylı məktəb-liseyin direktoru Kəmalə Rəsulova, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar Ayan Hümbətova və Nihad Fətullayev çıxış edərək təhsil sahəsinə və bu sahənin aparıcı qüvvəsi olan müəllimlərə, eləcə də gənc nəslin təlim-tərbiyəsinə göstərilən böyük dəstəyə, qayğı və diqqətə görə təhsil işçiləri və tələbələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını və dərin təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda fərqlənən təhsil işçiləri Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə mükafatlandırılıb, eyni zamanda, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlara hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az