logo
logo logo
logo

Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ

18:14 - 06 Oktyabr 2026

Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də saat 14:00-dan 18:00-dək 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrində, Hərbi Şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az