logo
logo logo
logo

Qubada qadını vurub öldürən sürücü tutuldu 

09:55 - 25 Noyabr 2026

Qubada qadını vurub öldürən sürücü tutuldu 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, qəza ötən gün Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, V. Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən piyada 1966-cı il təvəllüdlü Rəna Eynulla qızı Orucovanı vurub.

Ağır xəsarətlər alan piyada təcili tibbi yardım gələnə qədər hadisə yerində ölüb.

Piyadanı vuraraq hadisə yerindən uzaqlaşan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az