Biz beynəlxalq gündəliyi, o cümlədən Rusiya-Ukrayna arasında davam edən müharibəni, Yaxın Şərqdəki gərginliyi və Qara dəniz ətrafında olan vəziyyəti müzakirə etdik.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, orada baş verən hadisələr ciddi çağırışlardır: “Müharibələrin və münaqişələrin qısa müddətdə başa çatdırılması önəmli prioritetdir və bu, Gürcüstan və Azərbaycanın ortaq mövqeyidir”.