logo
logo logo
logo

Avstraliya ABŞ və Çinə xəbərdarlıq etdi

15:41 - 24 Noyabr 2026

Avstraliya ABŞ və Çinə xəbərdarlıq etdi

Avstraliyanın xarici işlər naziri Penni Vonq ABŞ ilə Çin arasındakı rəqabətin yaratdığı qlobal təhlükəsizlik və iqtisadi risklər barədə çıxış edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Vonqun Senatda etdiyi çıxışın mətninə yer verilib.

Nazir bildirib ki, münaqişələr dünya enerji və əmtəə bazarlarında ciddi pozuntulara səbəb olur, qlobal inflyasiyanın artmasına təkan verir. O, həmçinin süni intellektin cəmiyyətin əsaslarını yenidən formalaşdırdığını, kiberhücumların isə daha tez-tez baş verdiyini və təhlükəsinin artdığını vurğulayıb.

Vonq ticarət, investisiya, nəqliyyat marşrutları, ərzaq təhlükəsizliyi, sualtı kabellər və strateji əhəmiyyətli mineralların getdikcə daha çox təzyiq vasitəsinə çevrildiyinə diqqət çəkib.

Onun sözlərinə görə, əvvəllər qarşılıqlı iqtisadi asılılıq dövlətlər arasında münaqişələrin qarşısını alan amillərdən biri hesab olunurdu. İndi isə bu asılılıq təzyiq göstərmək vasitəsi kimi istifadə edilir.

“ABŞ və Çin kimi böyük dövlətlər rəqabətin qarşıdurmaya çevrilməsinin qarşısını alan məhdudiyyətləri getdikcə daha çox nəzərə almadan bütün sahələrdə mübarizə aparırlar”, – deyə nazir bildirib.

Çini kifayət qədər şəffaflıq nümayiş etdirmədən İkinci Dünya müharibəsindən bəri ən genişmiqyaslı hərbi qüvvə toplama prosesini həyata keçirməkdə ittiham edən Vonq ABŞ-nin də resurslarını yenidən bölüşdürməklə və müttəfiqlərindən gözləntilərini nəzərdən keçirməklə strateji prioritetlərini dəyişdirdiyini bildirib.

Bununla yanaşı, nazir Vaşinqtonun Asiya-Sakit okean regionunda sabitliyin qorunmasında “əvəzolunmaz rol” oynadığını qeyd edib.

Vonq vurğulayıb ki, mövcud vəziyyət fonunda Avstraliya ABŞ ilə müttəfiqlik münasibətlərini qorumaqla yanaşı, diplomatik imkanlarını genişləndirməyə, regional tərəfdaşlıqlarını gücləndirməyə və ticarət əlaqələrini şaxələndirməyə çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az