logo
logo logo
logo

“Qalatasaray” – “Aston Villa” qarşılaşması - Okan Buruk start heyətini müəyyənləşdirdi  

12:27 - 24 Noyabr 2026

“Qalatasaray” – “Aston Villa” qarşılaşması - Okan Buruk start heyətini müəyyənləşdirdi  

UEFA Çempionlar Liqasının V turunda Türkiyənin “Qalatasaray” klubu bu axşam saat 20:45-də İngiltərənin “Aston Villa” komandasını “RAMS Park” stadionunda qəbul edəcək. İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk qarşılaşmanın start heyətini, demək olar ki, müəyyənləşdirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında V turun həyəcanı bu axşam keçiriləcək 9 qarşılaşma ilə başlayacaq. Təmsilçimiz “Qalatasaray” İngiltərə klubu “Aston Villa” ilə saat 20:45-də “RAMS Park”da üz-üzə gələcək.

“Qalatasaray” 4 oyundan topladığı 6 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Aston Villa” isə 9 xalla 6-cı yerdədir.

İstanbul təmsilçisi rəqibini məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

İngiltərə klubu isə qələbə qazanaraq ilk səkkizliyə düşmək ümidlərini gücləndirməyə çalışacaq.

Zədəsinə görə “Samsunspor”la oyunda meydana çıxması riskli hesab edilən İsmail Yakobs “Aston Villa” ilə qarşılaşma öncəsi keçirilən son məşqin bütün hissəsində komanda ilə birlikdə çalışıb.

Okan Buruk ötən gün mətbuat konfransında İsmail Yakobsun məşqdə sınaqdan keçiriləcəyini və komanda ilə məşqin sonunadək çalışa biləcəyi təqdirdə matçın iştirak ərizəsinə daxil ediləcəyini bildirmişdi.

Futbolçunun bu axşam “Aston Villa”ya qarşı oyunda ilk dəqiqələrdən meydana çıxacağı gözlənilir.

“Qalatasaray”da zədəli futbolçulardan yalnız İsmail Yakobs “Aston Villa” ilə qarşılaşmanın iştirak ərizəsində yer alacaq. Viktor Osimhen və Roland Sallainin müalicəsi isə davam edir.

Okan Buruk hər iki futbolçunun vəziyyətinin derbiyə qədər gündəlik izləniləcəyini və onların həmin qarşılaşmanın iştirak ərizəsinə daxil edilə biləcəyini bildirib.

Rafael Leao isə ən geci yanvar ayında yaşıl meydanlara qayıdacaq. Portuqaliyalı ulduzun bərpası ilə bağlı heç bir riskə yol verilməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az