ABŞ-nin Kaliforniya ştatında helikopter qəzaya uğrayıb.
Manset.az-ın ABŞ mətbuatına istinadən məlumatına görə, “Robinson R22” tipli helikopter Kaliforniya ştatının Temekula şəhərində maili əraziyə çırpılıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) helikopterdə olan 2 nəfərin hadisə yerində həlak olduğunu bildirib.
Qurum qəzanın səbəbinin hələlik məlum olmadığını açıqlayıb. Hadisənin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) ilə birgə araşdırılacağı qeyd olunub.