logo
logo logo
logo

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu 

16:55 - 23 Noyabr 2026

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu 

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşıblar.


Manset.az Lent.az-a istinadla xəbər verir ki, hadisə universitetin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib.

Təbriz Muradov (adlar və soyadlar şərtidir) universitetdə təhsil alan Sevda adlı qızla dostluq münasibəti qurmaq istəyib. Lakin tələbə yoldaşı Sadiqin həmin qızla yaxın münasibət yaratması gənclər arasında davaya səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə müəyyən olunub ki, Təbriz Sadiqin Sevda ilə yaxınlıq etməsinə əsəbiləşib, məsələni aydınlaşdırmaq üçün Sadiqi Xankəndidə yerləşən market yaxınlığındakı körpüyə söhbətə çağırıb. Görüş zamanı Təbriz Sadiqin sifətinə yumruq vurub.

Təbriz ifadəsində bildirib ki, hadisədən sonra Sadiq tələbə yoldaşlarının yanına gedərək Təbrizin onu döydüyünü və digər tələbə yoldaşlarını da təhqir etdiyini deyib. Bundan sonra tərəflər məsələni yenidən aydınlaşdırmaq üçün bu dəfə Xankəndidə fəaliyyət göstərən restoranlardan birində görüşüblər.

Sadiq ifadəsində bildirib ki, restoranda yenidən görüşəndə Təbriz digər tələbə yoldaşlarının yanında onun ünvanına nalayiq ifadələr işlədib, onu nüfuzdan salmağa çalışıb.

Təbriz bu ittihamları qəbul etməyib. O, restoranda heç kimi təhqir etmədiyini, görüşün yalnız kimin doğru danışdığını müəyyənləşdirmək məqsədi daşıdığını bildirib. Təbriz baş verənlərdən peşman olduğunu desə də, özünü təqsirli hesab etməyib.

Hazırda Qarabağ Universitetindən xaric olunduğunu bildirən Sadiq Təbrizi bağışlamadığını və onunla barışmaq istəmədiyini vurğulayıb.

O, məhkəmədən Təbrizin inzibati qaydada həbs edilməsini istəyib.

Məhkəmə Təbrizi İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az