Bu gecə dəhşətli qəza nəticəsində həyatını itirən tanınmış aparıcı Ada Süleymanova ilə bağlı bir sıra məqamlar üzə çıxıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə və bir sıra internet portallarında onun içkili olması və avtomobilini içkili vəziyyətdə idarə etməsi ilə bağlı məlumatlar yayılsa da, bunun doğru olmadığı bəlli olub.
Ada Sülemanovanın arxa oturacaqda oturduğu, avtomobili isə başqa şəxsin idarə etdiyi ortaya çıxıb. Ağır qəza zamanı həm sürücü, həm də Ada Süleymanova avtomobildə sıxılı vəziyyətdə qalıb. FHN-nin xilasediciləri tərəfindən çıxarılan hər iki şəxsin vəfat etdiyi məlum olub.
Manşet.az xəbər portalı ölümün günlük həyat tərzinə çevrildiyi belə bir vaxtı sosial şəbəkə istifadəçilərindən, eləcə də internet xəbər portallarından bilmədikləri, dəqiqləşdirilməmiş dezinformasiya yayaraq belə bir çətin vaxtda təhqirlər, söyüşlər yazılmasını qətiyyətlə qınayır. Hesab edirik ki, istənilən hadisəyə münasibət bildirərkən o hadisə haqqında bir qədər məlumatlı olunmalı, dəqiqləşdirilmiş məlumatlar əsasında fikir bildirilməlidir.