“Çelsi” rəhbərliyi baş məşqçi Xabi Alonsonu yaxın vaxtlarda istefaya göndərməyi planlaşdırmır.
Manset.az Qol.az-a istinadən xəbər verir ki,bəzi azarkeşlərin istefa çağırışlarına baxmayaraq London klubunun rəhbərliyi ispaniyalı mütəxəssisə işləmək üçün vaxt vermək niyyətindədir.
Xatırladaq ki, “Çelsi” Premyer Liqanın son 4 turunda “Sanderlend”ə (0:1), “Tottenhem”ə (0:2) və “Lids”ə (1:4) uduzub. Komanda bu müddətdə yalnız “Mançester Yunayted”i (2:0) məğlub edə bilib.
Qeyd edək ki, London təmsilçisi 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda “Nottinqem Forest”lə qarşılaşacaq.