logo
logo logo
logo

“Beşiktaş” səfərdə “Konyaspor”u məğlub etdi

20:29 - 22 Noyabr 2026

“Beşiktaş” səfərdə “Konyaspor”u məğlub etdi

Türkiyə Super Liqasının XII turunda “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib.


Manset.az xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda keçirilən qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

    Qonaqların heyətində Duşan Vlahoviç 10 və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib. Meydan sahibləri 42-ci dəqiqədə Jan-Lük Dompenin, 63-cü dəqiqədə isə Enis Destanın qolları ilə hesabı bərabərləşdiriblər.

    Lakin “Beşiktaş” 79-cu dəqiqədə Leandro Trossardın qolu ilə yenidən önə keçib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə Vatslav Çernı yekun hesabı müəyyənləşdirib.

    Bu qələbə sayəsində “Beşiktaş” xallarının sayını 25-ə çatdıraraq turnir cədvəlində 4-cü pillədəki mövqeyini qoruyub. “Konyaspor” isə 8 xalla 15-ci sırada qalıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az