logo
logo logo
logo

"Neftçi" vahid liderə çevrildi

16:31 - 22 Noyabr 2026

\"Neftçi\" vahid liderə çevrildi

Misli Premyer Liqasının XII turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.


Manset.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib.

Bakı komandasının heyətində Qustavo Klisman (19, 74) və Draqolyub Saviç (70) fərqləniblər Qonaqların futbolçusu Rüfət Abbasov (82) isə topu öz qapısına yollamaqla avtoqol müəllifi olub.

Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 27-ə çatdıraraq turnir cədvəlində vahid liderə çevrilib.

"Araz-Naxçıvan" isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" isə "Şəfa"nı (2:0) məğlub edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az