İndoneziyanın Banten bölgəsində yerləşən şirniyyat istehsalı fabrikində yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 24-ə yüksəlib.
Xilasetmə qrupları dağıntılar altında qalan və hələ də itkin düşmüş təxminən 30 nəfəri axtarmaq üçün çökmə təhlükəsi olan tikililərdə işlərini davam etdirirlər.
Yanmış tikililərin çökmə təhlükəsi isə xilasetmə əməliyyatlarını çətinləşdirir.