logo
logo logo
logo

“Nvidia”nın keçmiş rəhbəri ilə bağlı yeni iddialar

17:53 - 23 Noyabr 2026

“Nvidia”nın keçmiş rəhbəri ilə bağlı yeni iddialar

Texnologiya şirkəti “Nvidia”nın keçmiş baş icraçı direktoru (CEO) Censen Huanqla gizli münasibətdə olduğu iddia edilən iş qadını Elis Huanqın Çin kəşfiyyatı üçün casusluq etməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.


Manset.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Elis Huanq Censen Huanqla münasibətindən istifadə edərək bir ildən artıq müddətdə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşlarından birinə məlumat ötürüb.

ABŞ-ın “The New York Times” qəzetinin yaydığı yeni məlumatlar çip istehsalçısı “Nvidia” şirkətini gündəmə gətirən casusluq qalmaqalı ətrafında müzakirələri yenidən alovlandırıb. Qəzetin məlumatında “Nvidia”nın keçmiş rəhbəri Censen Huanqla münasibətdə olduğu bildirilən Elis Huanqın Çin kəşfiyyatı ilə əlaqələrinə dair diqqətçəkən təfərrüatlar yer alıb.

Məlumata görə, Elis Huanq Censen Huanqla münasibətdə olduğu dövrdə Çinin ən yüksək səviyyəli kəşfiyyat qurumlarından birinin əməkdaşı ilə bir ildən artıq müddətdə əlaqə saxlayıb.

Kəşfiyyat hesabatlarında yer alan danışıqlar barədə məlumatlı şəxslərə istinad edən qəzet yazıb ki, Elis Huanq 2025-ci ilin yazından 2026-cı ilin payızınadək Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşlarından biri ilə əlaqədə olub.

Elis Huanq daha əvvəl Sinqapurda yerləşən “Megaspeed International” şirkətinin rəhbəri vəzifəsində çalışıb. “Nvidia”nın mühüm müştərilərindən biri olan şirkət bir müddət ərzində milyardlarla dollar dəyərində çip alışı həyata keçirib.

ABŞ rəsmiləri 2024-cü ildən etibarən “Nvidia”nın qabaqcıl süni intellekt çiplərinin qanunsuz yollarla Çinə göndərilməsi şübhəsi ilə “Megaspeed” şirkəti barəsində araşdırma aparırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az