logo
logo logo
logo

Paşinyan bir sıra media nümayəndələrini məhkəməyə verdi 

13:20 - 24 Noyabr 2026

Paşinyan bir sıra media nümayəndələrini məhkəməyə verdi 

Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan.Today" saytını, saytın baş redaktoru Sevak Akopyanı və "Ayeli" mətbuat klubunu məhkəməyə verib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu məlumat "Datalex" məhkəmə-hüquq informasiya saytında dərc olunub.

Paşinyan "Media Plyus" MMC-dən ("Yerevan.Today"in sahibi) və Akopyandan "yüksək səviyyəli talançılıq" və "yüksək dərəcəli korrupsiya" ilə bağlı iddiaların təkzib edilməsini tələb edir. Baş nazir bu iddiaları yayan "Ayeli" mətbuat klubundan da təkzib tələb edir.

Bundan başqa, iddiada cavabdehlərdən dəymiş mənəvi zərərə görə 4 milyon dram (11 min dollar) pul kompensasiyasının tutulması tələbi də yer alır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az