NATO-nun Baş katibi Mark Ruttenin sabah ABŞ-nin Florida ştatında Prezident Donald Trampla görüşəcəyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun yaydığı açıqlamada Mark Ruttenin noyabrın 24-25-də ABŞ-nin Florida ştatına səfər edəcəyi qeyd olunub.
Bildirilib ki, səfər çərçivəsində Rutte noyabrın 25-də Floridada yerləşən “Mar-a-Laqo” iqamətgahında ABŞ Prezidenti Donald Trampla görüşəcək.
NATO-nun Baş katibinin, həmçinin ABŞ-nin yüksəkvəzifəli rəsmiləri ilə danışıqlar aparacağı bildirilib.
Qeyd olunub ki, görüşlər çərçivəsində mətbuat üçün açıq tədbir nəzərdə tutulmayıb.