logo
logo logo
logo

İşdən qanunsuz çıxarılmış 69 nəfər əvvəlki işlərinə bərpa etdirildi 

11:48 - 09 Oktyabr 2026

İşdən qanunsuz çıxarılmış 69 nəfər əvvəlki işlərinə bərpa etdirildi 

Azərbaycanda yanvar-sentyabr ayları ərzində işdən qanunsuz çıxarılmış 69 nəfər əvvəlki işlərinə bərpa etdirilib.


Manset.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-sentyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 548 min 443 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az