logo
logo logo
logo

Doğulan və ölənlərin sayı açıqlandı  

12:12 - 09 Oktyabr 2026

Doğulan və ölənlərin sayı açıqlandı  

2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, doğulan körpələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9.2-dən 8.2-yə düşüb.

Doğulan körpələrin 53.4 faizi oğlan uşaqları, 46.6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub.

Cari ilin yeddi ayı ərzində ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5.9-dan 6.0-a qədər artıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az