logo
logo logo
logo

Azadlıq prospektində daha bir mikromobillik zolağı təşkil olundu - FOTOLAR

16:55 - 12 Oktyabr 2026

Azadlıq prospektində daha bir mikromobillik zolağı təşkil olundu - FOTOLAR

Bakının Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib.


Bu barədə Manset.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, velosiped və skuterlərdən istifadə edən hərəkət iştirakçılarının rahatlığını təmin etmək üçün Dilarə Əliyeva və Xaqani küçələri arasında təşkil olunan zolaq 28 May, Nizami və Xaqani küçələrindəki zolaqları daha bir istiqamətdən əlaqələndirib.

Mikromobillik zolağı çəkilən zaman prospektdə zolaqların eni standartlara uyğunlaşdırılıb və sayı sabit saxlanılıb.

Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az