logo
logo logo
logo

Bakıda yeni mikrorayon salınacaq - VİDEO 

16:00 - 21 Oktyabr 2026

Bakıda yeni mikrorayon salınacaq - VİDEO 

Bakıda 10-cu mikrorayon yaradıla bilər.


Manset.az xəbər verir ki, yeni mikrarayon Cəfər Xəndan küçəsində 7- və 8-ci mikrarayon arasında ola bilər. Yeni mikrorayonun salınması ilə bağlı məlumat şəhərin bu hissəsinin gələcək inkişafını gündəmə gətirib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, bu mikrorayonun salınması yeni yaşayış massivilərinin yaradılması, ərazidə infrastrukturun genişləndirilməsi və əlavə yaşayış imkanlarının formalaşdırılması baxımından əhəmiyyətli ola bilər.

Yeni yaşayış massivinin salınması təkcə binaların inşası ilə məhdudlaşmır. Belə ərazilərdə yol şəbəkəsinin genişləndirilməsi, ictimai nəqliyyatın təşkili, məktəb və uşaq bağçaları kimi sosial obyektlərin əlçatanlığı da vacib məsələlərdəndir. Əhalinin artması mövcud nəqliyyat xətlərinə və xidmət sahələrinə tələbatı da yüksəldə bilər.

Ekspert deyir ki, buna görə də layihənin şəhərin ümumi inkişaf planına uyğun həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az