Qazaxda 36 yaşlı kişi yanıq xəsarətləri alıb.
Manset.az xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
M.Məmmədovun yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman partlayış olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.