Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib.
Manset.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyi (DMA) ilə birgə həyata keçirilən “Qayıt İş 2” layihəsinə başlanılıb.
Layihə çərçivəsində namizədlər arasından seçilən Qarabağ sakinləri Bir
ekosistemi və DMA-nın Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan
xüsusi nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər. Təlim mərhələsini
uğurla başa vuran iştirakçılar əldə etdikləri bilikləri real iş mühitində
tətbiq edərək ekosistem daxilində işlə təmin olunacaqlar.
Təşəbbüsün
əsas məqsədi iştirakçıların peşəkar potensialının inkişafına töhfə vermək,
praktiki bacarıqlarını gücləndirmək və məşğulluq imkanlarını genişləndirməkdir.
Layihəyə
Bir ekosisteminin baş ofisində keçirilən tanışlıq görüşü ilə start verilib.
Görüş zamanı iştirakçılar ekosistemin iş mühiti, korporativ dəyərləri və
komanda mədəniyyəti ilə tanış olub, proqramın məqsədləri və növbəti mərhələləri
barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək
ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarına qayıdan vətəndaşların məşğulluğuna dəstək göstərilməsi və onların
müasir rəqəmsal maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi Bir
ekosisteminin fəaliyyət istiqamətləri arasında xüsusi yer tutur. Bu məqsədlə, ötən
il Füzuli şəhərində ekosistemə daxil olan Milliön və m10 brendlərinin telesatış
mərkəzi istifadəyə verilib. Mərkəzdə 20 nəfər Qarabağ sakini çalışaraq
vətəndaşlara birbaşa xidmət göstərir.
Bir Azərbaycanda
fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını
kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir.
Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi,
Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal
pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem
hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur
imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar
sayəsində Kapital Bank-ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən
irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az