logo
logo logo
logo

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü 

10:33 - 06 Noyabr 2026

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü 

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib.


Manset.az xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb.

1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə parkinqdən çıxarkən Sadıqova Esmira Həsənağa qızını vurub.

71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, H.Seyidbəyov əvvəllər yüksək vəzifələrdə çalışıb. O, Penitensiar Xidmətin Rabitə və texniki təminat şöbəsinin rəisi vəzifəsini tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az