logo
logo logo
logo

Şəhid ailələri ilə bağlı yeni güzəşt

12:15 - 06 Noyabr 2026

Şəhid ailələri ilə bağlı yeni güzəşt

Şəhid ailələrinin mənzil və ya ev alqı-satqısı və dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə rüsumdan azad edilməsi təklif olunur.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, güzəşt qazanan şəxslərin siyahısına şəhid ailələri də əlavə ediləcək.

Hazırda həmin güzəştdən müharibə ilə əlaqədar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş şəxslər, işləməyənlər, əlilliyi olan uşaqlar, qaçqınlar və məcburi köçkünlər yararlanırlar.

Dəyişiklik qəbul olunsa, şəhid ailələri mənzil və ya evin alqı-satqısı, eləcə də dəyişdirilməsi ilə bağlı notariat hərəkətlərinə görə dövlət rüsumu ödəməyəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az