Noyabrın 6-da saat 13:10 radələrində 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.
***
17.20
Ağstafada zəhərlənmə hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.
Faktla bağlı araşdırma aparılır.