logo
logo logo
logo

İşdən çıxarılan generala yeni vəzifə verildi 

13:08 - 16 Noyabr 2026

İşdən çıxarılan generala yeni vəzifə verildi 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.


Manset.az Sfera.az-a istinadən xəbər verir ki, general-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçid edib.

Belə ki, hazırda general DSX Xüsusi Mətkəbinin rəisi vəzifəsini daşıyır. Z. Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 il ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi müzakirələrə səbəb olmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az