logo
logo logo
logo

23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 

10:25 - 18 Noyabr 2026

23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar 

Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.

Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.

Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az