logo
logo logo
logo

Lənkəranda yanğın - 3 ailə evsiz qaldı

18:31 - 17 Noyabr 2026

Lənkəranda yanğın - 3 ailə evsiz qaldı

Lənkəran şəhərində yanğın baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsi, 36 ünvanında qeydə alınıb.

Belə ki, təxminən 150 kvadratmetr sahəsi olan fərdi yaşayış evində qəfil yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Lakin alov qısa müddətdə evi bürüdüyündən sakinlər sənədlərini, geyimlərini və digər əşyalarını götürə bilməyiblər, bütün əşyaları yanıb. Nəticədə üç ailə evsiz qalıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az