İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 91 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə təqdim edəcək.
Manset.az xəbər verir ki, Fondun məlumatına əsasən, mənzillərin aylıq ödənişləri 419 manatdan başlayır. Seçim noyabrın 24-də saat 15:00-da açılacaq.
Təklif olunan 1, 2 və 3 otaqlı mənzillər aşağıdakı ünvanlarda yerləşir:
- Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi – 27 mənzil;
- Sumqayıt şəhəri, Sülh prospekti – 38 mənzil;
- Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi – 26 mənzil.
Müraciətlərin qəbulu və mənzil seçimi “Mygov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçiriləcək. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər.
Mexanizm barədə ətraflı məlumatı Fondun rəsmi saytından, YouTube kanalından və “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.