Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura təhsili alıb.
2002-2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyət göstərib.
Məlumata görə, Şahin Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.