logo
logo logo
logo

Qara dənizdə yük gəmisi batdı - 4 azərbaycanlı xilas edildi

17:12 - 16 Noyabr 2026

Qara dənizdə yük gəmisi batdı - 4 azərbaycanlı xilas edildi

Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında Somali bayrağı altında üzən yük gəmisinin batdığı, göyərtəsində olan 12 heyət üzvünün xilas edildiyi bildirilir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bolqarıstanın Nəqliyyat və Rabitə Nazirliyinin açıqlamasında bildirilib ki, bu səhər Varna şəhərindəki Xilasetmənin Əlaqələndirilməsi Mərkəzinə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisindən yardım çağırışı daxil olub.

Açıqlamada qeyd olunub ki, ərazidə axtarış-xilasetmə işlərinin aparılması üçün Qara dəniz Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Əməliyyat Qrupunun (MCM Black Sea) 4 hərbi gəmisi, “Cougar” tipli 2 helikopter və Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” qırıcı təyyarəsi hadisə yerinə göndərilib.

Məlumata görə, gəmi hələlik səbəbi müəyyənləşdirilməyən şəraitdə batıb. Hadisənin pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində baş verib-vermədiyi araşdırılır.

Bildirilib ki, göyərtəsində 12 nəfər olan gəmi Rumıniyanın Tulça şəhərindən Misirə toplu buğda yükü daşıyırmış. Heyətin 8-i Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşı olub. Onların hamısı helikopterlər vasitəsilə xilas edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az