logo
logo logo
logo

Ən çox ölümə səbəb olan xəstəlik oldu - Dünyada vərəm xəbərdarlığı

14:06 - 16 Noyabr 2026

Ən çox ölümə səbəb olan xəstəlik oldu - Dünyada vərəm xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 187 ölkə və ərazidən topladığı məlumatlar vərəmin hazırda dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəliklərdən biri olduğunu ortaya qoyub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyada 10,6 milyon nəfər vərəmə yoluxub. Eyni zamanda, təxminən 2,2 milyon nəfərə xəstəlik diaqnozu qoyulmadığı və ya onların səhiyyə sistemində rəsmi qeydiyyata alınmadığı müəyyən edilib. 

Hesabatda diqqət çəkən digər məqam dərmanlara davamlı vərəm halları ilə bağlıdır. Belə ki, ötən il dünyada təxminən 370 min nəfərdə əsas antibiotiklərdən biri olan rifampisinə davamlı vərəm xəstəliyinin inkişaf etdiyi ehtimal olunur.

Bu xəstələrin yalnız 42 faizi müalicə imkanından yararlana bilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az