logo
logo logo
logo

"Büdcənin əsas yükünü qeyri-neft sektoru daşıyacaq" - Deputat   

17:55 - 16 Noyabr 2026

\"Büdcənin əsas yükünü qeyri-neft sektoru daşıyacaq\" - Deputat   

2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60 faizdən çoxunun qeyri-neft sektorunun hesabına formalaşması nəzərdə tutulur.


Manset.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, büdcənin ümumi həcminin artması müsbət tendensiya olsa da, əsas göstərici gəlirlərin formalaşma mənbələrində baş verən dəyişikliklərdir.

Deputatın sözlərinə görə, cari ildə dövlət büdcəsi gəlirlərinin 60 faizdən çoxu son 20 ildə ilk dəfə olaraq qeyri-neft gəlirləri hesabına formalaşacaq. Cari xərclərin isə 90 faizdən çoxunun qeyri-neft gəlirləri hesabına qarşılanması nəzərdə tutulur.  

Azay Quliyev əlavə edib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği gələn il 935 milyon manat azaldılacaq. Onun fikrincə, bu, hökumətin büdcənin həcminin artırılmasından daha çox onun dayanıqlılığına və səmərəliliyinə üstünlük verdiyini göstərir.

Deputat ikinci mühüm göstərici kimi bələdiyyələrin öz xərclərini öz gəlirləri hesabına təmin etməsi istiqamətində atılan addımları göstərib. O bildirib ki, 2027-ci ildə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdəki bələdiyyələrin öz gəlirləri hesabına xərclərini qarşılaması nəzərdə tutulur.

Azay Quliyev büdcənin gəlirlərin rasional bölüşdürülməsi baxımından balanslı olduğunu və dövlətin əsas prioritetlərini əhatə etdiyini vurğulayıb. O, xüsusilə əhalinin sosial vəziyyətinin və rifahının yaxşılaşdırılmasının prioritetlər sırasında yer almasını müsbət qiymətləndirib.

Deputatın sözlərinə görə, gələn il növbədə olan qazi və şəhid ailələri üçün 600 mənzilin alınmasına, eləcə də Prezidentin nəzərdə tutduğu sosial paketin icrasına büdcədə lazımi vəsait ayrılacaq.

O, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşma tədbirlərinin davam etdirilməsinin, həmçinin müdafiə qabiliyyətinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Deputat regionda mövcud təhlükəsizlik çağırışlarının bu sahənin büdcənin prioritet istiqamətləri sırasında saxlanılmasını zəruri etdiyini bildirib.

Azay Quliyev rəqəmsal inkişaf, innovativ texnologiyaların tətbiqi, təhsil islahatları və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətlərinə ayrılan vəsaitlərin artırılmasını da xüsusi vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az