logo
logo logo
logo

Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - DETALLAR

09:20 - 17 Noyabr 2026

Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - DETALLAR

Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüat məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə yollanıblar.

Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.

Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.

Mərhumun yaxınlarının sözlərinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.

Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.

Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az