ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin sona çatdırılması üçün Çin Sədri Şi Cinpin və Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) liderlər sammitində Avstraliyanın Baş naziri Entoni Albanizi, Hindistanın Baş naziri Narendra Modini və Yaponiyanın Baş naziri Sanae Takaiçini bir araya gətirib.
QUAD ölkələri arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Tramp gələn il ilk dəfə Dördtərəfli Biznes Liderləri Forumunun keçiriləcəyini açıqlayıb.
ABŞ lideri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin Sədri Şi Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini qeyd edib.
“Şi və Putinə Ukrayna müharibəsinin başa çatmasına kömək etmələri üçün təzyiq göstərəcəyəm. İmkan yaranarsa, Putinlə ikitərəfli görüş də keçirə bilərəm”, – deyə Tramp bildirib.
Şimali Koreya lideri Kim Çen Inın sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı suala isə ABŞ Prezidenti belə cavab verib: “O, iştirak etmək istəyərdi. Görək, nə olacaq”.
Tramp İranla bağlı da açıqlama verərək, “İran məsələsinə çox ciddi yanaşırıq. Buna görə də onların nüvə silahına sahib olmasına imkan verməyəcəyik”, – deyə vurğulayıb.