Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 18 il ötür.
Manset.az xəbər verir ki, 2008-ci ilin bu günü, noyabrın 17-si Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, 10 ildən artıqdır ki, Qol.az Azərbaycanın ən çox oxunan idman portalları siyahısında liderliyini qoruyub saxlamaqdadır.
Manset.az kollektivi adından Qol.az saytını təbrik edirik.