Çox qəmginəm. İnsan doğma insanını itirəndə sanki içində nə isə qırılır. Albert Mustafayevin atamın bibisi oğlu idi,atamdan yadigar qalan ağsaqqal idi. Həm də çox unikal bir şəxsiyyət,təvazökar insan,peşəkar heykəltəraş-rəssam idi. Onun çoxlarına bəlli olmayan bir hobbisi vardı-necə bənzərsiz özünün müəllifi olduğu fotorəsmlər vardı arxivində! Dəfələrlə özümü toplayıb ona demək istədim — fotorəsmlər albomunuzu mənə verin,Albert əmi! Deyə bilmədim. Ehtiyat etdim ki, deyə -nə tez bu dünyadan köçürürsən məni! Kimlərin fotoşəkilləri yoxdu arxvində? 60-cı- 70-ci illərin bütün məşhur incənət və mədəniyyət xadimləri onun iti baxışları,qeyri-ordinar effektləri ilə canlı həmsöhbətə çevrilmişlər.91 yaşı haqlasa da, hafizəsi iti,danışığı səlis idi. Bir başının gicəllənməsindən şikayət edirdi. Lətifə danışmağı sevirdi,kimlərdənsə eşitdiklərini deyil,gerkək həyatda yaşadıqları baməzə əhvalatları.
Hamı onu məşhur Əjdaha (« Bəhram Gur Əjdahanı öldürür» kompozisiyası ) heykəlinin müəllifi kimi tanıyırdi. Ancaq çoxları bilmirlər ki, Şuşada Vaqifin büstü də onun əsəridir, Şəkidə Ana abidəsi də.Şuşanın azad olmasına çox sevinirdi, deyirdi ki,Prezident xalqın ruhunu da, mənim əsərimi də xilas etdi.
Albert əmi,Azərbaycanın əməkdar rəssamı,Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunun laureatı Albert Zaman oğlu Mustafayev Allahın rəhmətinə qovuşdu. Məzarının yerini də,postamentini də özü on il öncə Şəki şəhər qəbiristanlığında hazırlamışdı. Bircə ölüm tarixi boş qalmışdı… Xüsusi olaraq,böyük ehtiramla Birinci xanım,Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya xalqımızın görkəmli mədəniyyət xadiminin ləyaqətli dəfninin təşkilində diqqətinə və qayğısına görə təşəkkür edirik.
Allah rəhmət eləsin,Albert əmi!
Natiq Şirinzadə
Fəlsəfə doktoru, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitunun direktor müavini.
