Azərbaycanda bu məktəbdə cəmi 1 şagird və 2 müəllim var - VİDEO

16:32 - 08 Mart 2022

Azərbaycanda bu məktəbdə cəmi 1 şagird və 2 müəllim var - VİDEO

Çətkün kəndi Qusarın ucqar kəndlərindəndir. Rayon mərkəzindən 30 kilometr məsafədə, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.

 

Manset.az xəbər verir ki, 200 nəfər əhalisi olan kəndin məktəbi yalnız ibtidai təhsil üçün nəzərdə tutulub. Ancaq burada cəmi 1 nəfər təhsil alır. 3-cü sinifdə oxuyan Nadim Alxasov məktəbin yeganə şagirdidir.

Nadim Alxasova hazırda 2 müəllim dərs deyir. Məktəbin direktoru Abdulxalid Məcidov bildirir ki, əvvəlki illərdə şagirdlərin sayı bir qədər çox olub. Həmin uşaqlar ibtidai sinifləri başa vurduqlarından qonşu Cağar kəndində təhsillərini davam etdirirlər. Nadimin dərsləri isə tədris proqramına uyğun keçilir.

Qusar rayon Təhsil Şöbəsindən “Xəbər Ertəsi”nə bildirildi ki, Çətkünlə yanaşı, digər ətraf kənd məktəblərində də şagird azlığı yaşanır. Bu barədəTəhsil Nazirliyinə müraciət edilib. Əgər gələcəkdə şagird sayı artmazsa, məktəblər birləşdiriləcək və gediş-gəliş üçün nəqliyyat vasitəsi ayrılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az