Ağacları kəsən şirkət cəzalandırıldı

17:48 - 13 Aprel 2022

Ağacları kəsən şirkət cəzalandırıldı

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən və Kərəm İsmayılov küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Bunu Xidmət rəsmisi Vaqif Cavadov Manset.az-a bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "S and N" MTK tərəfindən kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az