Pakistan və Əfqanıstan sərhədində atışma oldu 

22:22 - 26 Fevral 2026

Pakistan və Əfqanıstan sərhədində atışma oldu 

Pakistan və Əfqanıstan Silahlı Qüvvələrinin toqquşmaları altı sərhədyanı əyalətdə başlayıb.


Manset.az xəbər verir ki, bu barədə TOLO News telekanalı mənbələrə istinadən məlumat yayıb.

İki ölkənin hərbçiləri arasında Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atışma başlayıb.

Son məlumatlara görə, Pakistanın mövqeləri Nanqarhar vilayətinin Qoşta rayonunda və Kabil tərəfindən tanınmayan ərazidə, iki dövlətin sərhədi - Kunar vilayətinin Dürand xətti yaxınlığında ələ keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az