2021-ci ildə icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi xidmətdən yararlanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransında agentliyin sədri Zaur Əliyev bildirib.
Qeyd olunub ki, ötən il 4 milyondan çox pasient 10,3 milyon dəfə tibbi xidmətlərə müraciət edib. 23 milyona yaxın xidmət göstərilib.
Ən çox müraciət edilən xidmət növü ümumi müayinə olub.