logo
logo logo
logo

Azərbaycan güləşçisi gümüş medal qazandı

18:58 - 02 Avqust 2026

Azərbaycan güləşçisi gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.


Manset.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda iranlı Benyamin Mayvana uduzaraq (1:5) fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da sərbəst güləşçilərimiz mundialı 1 gümüş medalla başa vurublar.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az