logo
logo logo
logo

Yenidən Ermənistanın baş naziri OLDU

15:25 - 02 Avqust 2026

Yenidən Ermənistanın baş naziri OLDU

Ermənistanda yeni formalaşacaq hökumətin baş naziri vəzifəsinə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.


Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, partiyanın İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Paşinyanın namizədliyi parlamentə təqdim olunacaq.

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən, yeni seçilmiş parlament fəaliyyətə başladıqdan sonra hökumət istefa verir.

Bundan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd baş nazir vəzifəsinə seçilir və yeni hökumətin formalaşdırılması prosesi başlayır.

Xatırladaq ki, baş nazir bundan öncə sosial şəbəkə hesablarında paylaşım edərək isteva verdiyini açıqlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az