16-20 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib.
Manşet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 190-a yaxın idmançı iştirak edib. Çempionatın final mərhələsini Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir Həsənzadə və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər. Çempionatın baş hakimi Babək Quliyev olub.
Əvvəlcə, FHN-in İdman-sağlamlıq klubunun inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.
Sonra tədbir iştirakçıları İdman-sağlamlıq klubunun İdman guşəsi ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir Həsənzadə Ulu Öndərin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salaraq vurğulayıblar ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Qeyd olunub ki, son onilliklər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ümummilli Liderin adı ilə bağlıdır. Natiqlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətimizin və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışıblar.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev gənclər və idman naziri Fərid Qayıbova və AFFA-nın texniki direktoru Cahangir Həsənzadəyə çempionatın keçirilməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib və xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, çempionatda iştiak edən komandalar 4 qrupa bölünüb və 4 qrupdan 1-ci və 2 ci yerləri tutanlar növbəti tura vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası Mülki müdafiə qoşunlarının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Maddi-texniki Təchizat İdarəsinin komandası Dövlət Yanğından Mühafizə Xidmətinin komandasına qalib gələrək çempionatın qalibi olub.
Çempionatda ən yaxşı qapıçı Vüqar Qadaşlı, ən çox qol vuran oyunçu Turxan Əliyev, veteran oyunçu Rasim Əliyev, əzmkar komanda isə Mülki müdafiə qoşunlarının komanadası olub.
Sonra qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.
Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub - FOTO
22:28 - 20 May 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
03 Avqust 2026 - 14:57
AzTV-nin əməkdaşının bacı və qardaşları dənizdə batdı
03 Avqust 2026 - 10:04
Ceki Çan Bakıdadır
03 Avqust 2026 - 21:51
"10 ilə yaxındır maşına minmirəm ki, vətəndaşlar mənə rahat yaxınlaşsın" - Qazaxın icra başçısı
03 Avqust 2026 - 17:50
Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüləcək
03 Avqust 2026 - 16:21
"Qarabağ"ın rəqibi bəlli oldu
03 Avqust 2026 - 13:51
Bakının bu hissəsində su kəsiləcək
03 Avqust 2026 - 15:17
Anomal istilərə görə narıncı xəbərdarlıq elan olundu
03 Avqust 2026 - 21:31
Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
03 Avqust 2026 - 15:59
Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
03 Avqust 2026 - 22:16
42 yaşlı kişinin evin həyətində meyiti tapıldı
03 Avqust 2026 - 17:36
Bakıda 4 yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO
03 Avqust 2026 - 22:19
Azərbaycanda zəlzələ oldu
Xəbər xətti
- 04 Avqust 2026
- 08:00 Qarpız kimlərə ziyandır?
- 01:30 Ev, səslər və qoxular psixikamıza necə təsir edir?
- 00:30 Bu insanlar üçün çox zülal qəbulu qocalmanı sürətləndirir
- 03 Avqust 2026
- 23:52 "Hazırkı danışıqlar İran üçün son şansdır" - Tramp
- 23:46 14 yaşlı yeniyetməyə kəsici-deşici alətlə xəsarət yetirildi
- 23:33 Sabah bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 23:17 Gəncədə təcili yardım maşını qəzaya düşdü - FOTO
- 22:51 Füzulidə açıq ərazidə yanğın baş verdi
- 22:34 "İran heç vaxt nüvə silahına sahib olmayacaq" - Tramp
- 22:19 Azərbaycanda zəlzələ oldu
- 22:16 42 yaşlı kişinin evin həyətində meyiti tapıldı
- 21:51 "10 ilə yaxındır maşına minmirəm ki, vətəndaşlar mənə rahat yaxınlaşsın" - Qazaxın icra başçısı
- 21:31 Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- 21:16 Xəstəxana direktoru vəzifəsindən azad olundu
- 21:02 İstanbulda torpaq sürüşməsi baş verdi
- 20:58 Şəmkirdə "Niva" yandı - FOTO
- 20:43 "İmişli" "Sumqayıt"a qalib gəldi
- 20:22 İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub
- 20:01 Kamran Əsədov ev dustaqlığına buraxılmadı
- 19:48 Lənkərandakı yanğın söndürüldü - YENİLƏNİB
- 19:34 Zakir Həsənov hərbi attaşelərlə görüşdü - FOTO
- 19:19 İlin son Günəş tutulması baş verəcək
- 19:00 "Turan Tovuz" "Gənclərbirliyi"ni məğlub etdi
- 18:43 Hazırda 11 yolda tıxac var - SİYAHI
- 18:28 Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı
- 17:50 Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüləcək
- 17:36 Bakıda 4 yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO
- 17:26 Nəriman Axundzadə Türkiyə klubuna keçir
- 16:48 Əli Əsədov yeni qərar imzaladı
- 16:47 Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü
- 16:21 "Qarabağ"ın rəqibi bəlli oldu
- 15:59 Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- 15:50 Rus bölməsində yüksək nəticə göstərən MƏKTƏBLƏR
- 15:17 Anomal istilərə görə narıncı xəbərdarlıq elan olundu
- 15:14 "Fənərbaxça"nın potensial rəqibləri müəyyənləşdi
- 14:57 AzTV-nin əməkdaşının bacı və qardaşları dənizdə batdı
- 14:49 Uşaq qidasından həşərat çıxdı – Şok iddia
- 14:48 Azərbaycan–Gürcüstan sərhəd keçidi 2 dəfə sürətlənir
- 14:42 "İranla danışıqlar yenidən başlayır" - TRAMP
- 14:37 Misirdə 5,3 ballıq zəlzələ oldu
- 14:35 “44”ün ilk treyleri yayımlandı - VİDEO
- 14:25 “Sabah”ın potensial rəqibləri müəyyənləşdi
- 14:00 Məşhur aktyorun səhhətində problem yarandı
- 13:51 Bakının bu hissəsində su kəsiləcək
- 13:45 ABŞ-dan Yaponiyaya valyuta dəstəyi
- 13:38 Quş qripi Avstraliyaya da çatdı - İlk kütləvi ölüm
- 13:26 Tükiyədə zəncirvari qəza - Çox sayda yaralı var
- 13:20 Bu qanunlarda dəyişiklik təsdiqləndi
- 13:15 Fələstin səfirliyinə maliyyə yardımı göstəriləcək - FƏRMAN
- 13:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- 13:06 "Lalafo"da telefona görə pul ödədi - Satıcı yoxa çıxdı